Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tram müəyyən ziddiyətli açıqlamaları, diqqətə səbəb olan təklif və ideyaları, təəccüb doğuran fikirləri ilə dünya ictimayyətinin maraq dairəsinə çevrilıib. Bəziləri onu ciddi siyasətçi olaraq qəbul etmək istəmirlər. Səbəbi də, axşam söylədiklərini səhər fərqli formada təqdim etməsdir. Bu dəfə o Nyu-Meksiko ştatının adının Yeni Amerika olaraq dəyişdirilməsi ideyası ilə çıxış etməsi ilə gündəmə gəlib. Tram bu barədə özünün Truth Social sosial media hesabında yazıb. Tramp ştatın adındakı "Meksika" sözünü "Amerika" ilə əvəz etdiyi süni intellekt tərəfindən yaradılan videonu paylaşıb. Tramp adın dəyişdirilməsini dəstəklədiyini bildirib və yeni variantı "daha nüfuzlu və gözəl" adlandırıb: “Çoxları seçki saxtakarlığına məruz qalan ən böyük ştatlardan biri olan Nyu-Meksiko adının Yeni Amerika olaraq dəyişdirilməsini təklif edib. Bu, potensial olaraq inanılmaz olan bu ştatın sakinləri üçün daha nüfuzlu və gözəl səslənərdi. Vay, mən bunu sevirəm”.
İlham