Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Vaxtilə Vladimir Putinlə görüşümdə o, Sovet İttifaqının dağılmasını faciə adlandırmışdı. Hazırda biz Putin tərəfindən həmin hisslərin üzə çıxdığını görürük".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Latviyanın sabiq prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa deyib.
"O düşünür ki, Rusiya daha böyük və nəhəngdir. Unudur ki, Rusiya Sovet İttifaqı deyil. O, Azərbaycanı və bizim kimi ölkələri bu məsələdə özünə tərəfdaş hesab etmir", - deyə sabiq prezident əlavə edib.
O, çıxışı zamanı böyük güclərin kiçik dövlətlərin hüquqlarına hörmət etmədiyini, ərazilərini genişləndirmək istəyində olduqlarını, liderlərin çıxışlarında populizmin özünü qabarıq şəkildə göstərdiyini deyib.
Aləmdə Nəsib