VAZ markalı avtomobil 65 yaşlı kişini vurdu Piyada hadisə yerində öldü

07.07.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Əbrəqunus-Güznüt avtomobil yolunda qeydə alınıb.

Belə ki, Culfa rayonunun Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Yusif Şakir oğlu Xudaverdiyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobil Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Muxtar Ağabala oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью