VAZ21074 “Prius”la toqquşdu: 1 ölü, 3 yaralı

10.12.2024

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

Axar.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Bəbir Şirin oğlu Mehdiyevin idarə etdiyi VAZ-21074 markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Ənnağı oğlu Nağıyevin idarə etdiyi “Toyota Prius" markalı maşın toqquşub.

Nəticədə VAZ-21074-ün sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, “Toyota Prius"un sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью