“VAZ”ın dönmə işıqlarının başına oyun açıb videolarını yayımladı VİDEO

19.11.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qusar rayonu ərazisində yol hərəkəti qaydalarını pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 40-BT-648 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda lüzumsuz manevrlər edib. Digər görüntüdə isə onun nəqliyyat vasitəsinin işıq cihazlarına müdaxilə etdiyi aydın görünür. Belə ki, sürücü avtomobili dönmə işıqları daim yanılı vəziyyətdə idarə edib. Bundan əlavə, o, maşının konstruksiyasına dəyişiklik edərək arxa yayları kəsib və ön hissəni qaldırıb.

Qeyd edək ki, xüsusilə “VAZ” tipli avtomobillərdə belə müdaxilələr geniş yayılıb. Lakin qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin işıq cihazlarına dəyişiklik edilməsi, eyni zamanda konstruksiyanın normativ tələblərdən kənar şəkildə dəyişdirilməsi ciddi qayda pozuntusu sayılır və inzibati məsuliyyət yaradır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью