“Vaz”la “Ford” toqquşdu 22 yaşlı gənc həlak oldu

13.05.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Mayın 12-də Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisəyə səbəb 2003-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyev Əli Sahib oğlunun “Vaz  2107” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan, 1978-ci il təvəllüdlü Biləsuvar sakini Əliyev Eldəniz Abuzər oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobillə arxadan toqquşması olub.

Nəticədə Ə.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью