“VAZ”la toqquşan “Chevrolet”in təkəri qopdu, ardınca dirəyə çırpıldı VİDEO

02.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 1-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 57-CJ-791 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, 20-FB-371 dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomobillə toqquşub. Qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью