“VAZ”lar toqquşdu Yaralılar var

13.04.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdamda “VAZ” markalı avtomobillər toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” 21011 markalı minik maşını qarşıdan gələn “VAZ” 21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıb. Sürücülər Ağdam rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью