“Və siz onları geri qaytarmağa çalışın...”

27.02.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tramp Ukrayna əraziləri ilə bağlı sualı cavablandırıb

ABŞ prezidenti Donald Tramp itirilmiş ərazilərin Ukraynaya qaytarılması ilə bağlı sualı cavablandırıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Mətbuat konfransı zamanı Trampa Rusiyanın itirilmiş əraziləri saxlamasının Çinə “təhlükəli siqnal” göndərib-götürməyəcəyi soruşulub.

Buna cavab olaraq Amerika prezidenti bu əraziləri geri almağa çalışmağı tövsiyə edib.

...Onları geri qaytarmağa çalışın,-deyib.

Qeyd edək ki, Tramp Nazirlər Kabinetinin ilk iclasında ABŞ-ın mümkün qədər çox ərazini Ukraynaya qaytarmağa çalışacağını bəyan etmişdi.

Eyni zamanda, o, münaqişənin bütün tərəfləri üçün ən faydalı olacaq sövdələşmənin bağlanmasına çalışacağını da vurğulayıb.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью