Vebber Ndoro: Bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir

17.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir. Bəzi ölkələrdə, məsələn, Liviyada bu cür iştirak yetərli olmayıb".

Oxu.Az xəbər verir ki, bu barədə ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro aprelin 17-də Şuşada keçirilən "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

O qeyd edib ki, yerli icmaları prosesə cəlb etmək və onların baxışlarını dinləmək vacibdir:

"Çünki öz mədəni ehtiyaclarını xarici mütəxəssislərdən daha yaxşı bilirlər".

Qeyd edək ki, V.Ndoro ICESCO-nun bərpa proqramlarını təqdim edib.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью