Vəd verən çox olsa da, addım atan yoxdur Qəbələdə kənd sakinləri problemlərdən ŞİKAYƏT ETDİLƏR

10.07.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Qəbələ rayonunun Kürd kəndinin sakinləri yol, işıq və su təminatı ilə bağlı problemlərin həll olunmamasından şikayətçidirlər.

Baku TV-nin məlumatına görə, kənddəki infrastrukturun bərbad olması vətəndaşların gündəlik həyatlarını çətinləşdirib.

Sakinlərdən biri mövcud vəziyyətlə bağlı narazılığını dilə gətirib.

"Əsas problemimiz yol, su və işıqla bağlıdır. Yayda toz-torpaq çox olur. Qışda isə yolların yararsızlığından uşaqlarımız məktəbə gedə bilmirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Vəd verən çox olsa da, addım atan yoxdur", - deyə, o söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью