Vedat Muriqi İstanbula gəlir

18.06.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbağça" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün sabiq forvardı Vedat Muriqi ilə prinsipial razılıq əldə edib.

Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər" tərəfindən edilən rəsmi açıqlamada Kosovalı forvardın tibbi müayinədən keçmək və transfer danışıqlarının son mərhələsini tamamlamaq üçün bu axşam İstanbula gələcəyi bildirilib.

Klubun yaydığı məlumata əsasən, təcrübəli hücumçunu daşıyan təyyarə bu axşam saat 212:00-da Sabiha Gökçen Hava Limanının Beynəlxalq Terminalına eniş edəcək. Türkiyə futboluna yaxından bələd olan Kosovalı qolçu, geridə qalan mövsümdə İspaniya La Liqasında turniri tərk edən "Malyorka"nın heyətində möhtəşəm oyun nümayiş etdirib.

Belə ki, Muriqi İspaniya çempionatında vurduğu 23 qolla Kilian Mbappenin ardınca bombardirlər yarışını ikinci sırada tamamlayaraq böyük diqqət çəkməyi bacarıb.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью