Vəfa Hüseynzadə yüksək vəzifəyə təyin olundu

23.12.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəfa Oruc qızı Hüseynzadə Nizami Tibb Mərkəzinə direktor təyin edilib.

Axar.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, o, 2003-cü ildən ETMG İnstitutunda elmi işçi, böyük elmi işçi, həkim mama-ginekoloq kimi fəaliyyət göstərib, 2021-ci ildə ETMG institutunda Zahılıq şöbəsinin müdiri təyin edilib, 2022-ci ildə Kliniki Tibbi Mərkəz PHŞ-də 5 nömrəli Doğum Evinin baş həkimi olub, 2023-2025-ci illərdə Nizami Tibb Mərkəzinin Doğum Evinin direktor müavini, Doğum Evinin rəhbəri vəzifəsində işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью