Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. “2024-cü ildə bizim “Sönmüş ocaqlar” adlı mahnımız üzə çıxdı.
Mahnı çıxar-çıxmaz trend oldu. Bu zaman Vəfa Şərifova mahnını götürüb icazəsiz oxudu və tiktokda paylaşdı.
Yutubda paylaşmasına icazə vermədik. Tiktokda mahnı qalıb. Haqlı olaraq etirazımı bildirdim. Heç olmasa zəng edib bir üzrxahlıq edərdi.
Özü bizimlə qətiyyən danışmayıb” Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Ağa Maştağalı deyib.
O daha sonra bildirib ki, Vəfa Şərifova onun çörəyinə bais olub: “Qarlı günlərlə bağlı mahnı yenidən trendə düşüb.
Trendə düşən kimi yenidən götürüb paylaşıb. Bir sözlə mahnının arxasına keçmək istəyir.
Bir-iki səhifəsindən mənə yazıblar ki, Vəfa xanım mahnını almaq istəyir. Amma buna da inanmıram. Mahnını almaq istəyən ödənişi edir, oxuyur.
Mahnının sözlərini də dəyişib. Mənim üçün də əsas sözdür. Bir sözlə aldata-aldata gedir.