Vəfa Şərifova görün kimlə evlənir?! Evlilik təklifi aldı, paylaşım etdi

21.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Tanınmış müğənni Vəfa Şərifova evlilik təklifi alması ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkə hesablarında bununla bağlı video paylaşıb.

Müğənninin “Həyatımın hə-sini dedim” sözləri ilə təqdim etdiyi görüntülər qısa müddətdə izləyicilərin diqqətini çəkib və çoxsaylı reaksiyalara səbəb olub. Online alış-veriş

V.Şərifova "bu dəfə klip deyil" deyərək rəylərə cavab verib və evlilik iddialarını təsdiqləyib. İzləyicilərin iddialarına görə, müğənni Nicat adlı bəylə ailə qurmağa hazırlaşır.

Sənətçinin paylaşımı onun sevgi həyatında yeni mərhələnin başladığı barədə müzakirələrə yol açıb. Bununla belə, Vəfa Şərifova evlilik təklifinin kim tərəfindən edildiyi və iddiaların nə dərəcədə doğru olduğu barədə hələlik əlavə açıqlama verməyib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью