Vəfa Şərifova: “Özümə bu yolu seçməsəydim…”

28.12.2024

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Hər zaman qalmaqalları ilə yadda qalan Vəfa Şərifova bu dəfə də qeyri- qanuni yaşadığı həyat yoldaşı Famil Xəlilovla münasibətindən söz açıb.

Adalet.az bildirir ki, o, uşaqlarının atası ilə çox zaman ciddi problemlər yaşadığını etiraf edib:

“Mənim özümə çox qadağalarım olub. Döyüldüm, söyüldüm, təhqir olundum, xəyanət gördüm. Bir qadının yaşaya biləcəyi ən ağır acıları yaşadım. Ancaq o insandan ayrıla bilmədim. Səbəbini deyimmi? Çünki qarşıma məqsəd qoydum ki, mən bir dəfə ailə quracam. Ömrümün axırına qədər o insan olacaq. Özümə bu yolu seçməsəydim, belə bir qadağa qoymasaydım, çoxdan o insandan ayrılardım”.

Əntiqə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью