Vəfa Şərifova: “Qalmaqal istəmirəm. Bezdirici haldır”

16.01.2025

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Hər zaman şəxsi həyatı və həmkarları ilə qalmaqallarıyla yaddaşda qalan Vəfa Şərifova bu dəfə  qalmaqaldan yayınıb.

Adalet.az xəbər verir ki, o, “popuri” ifa etdiyi mahnılar sırasında  bir mahnını silib. Bu haqda özü məlumat yayıb:

“Yenə mahnı, yenə qalmaqal, yenə söz-söhbət… Amma yox, mən bna imkan verməyəcəm. Həmin mahnını repertuarımdan silirəm. Papurimdə də səslənməyəcək. İstəmirəm ki, mərhum həmkarımız Xəyyam bəyin ailəsinin bu qalmaqalda adı çəkilsin. Sizin də bilmədiyiniz bir neçə elə mahnılar olub ki, görmüşəm ki, artıq kimsə oxuyur. Həmin an geri çəkmişəm. Çox bezdirici haldır. Sakit yaşamaq istəyirəm. Həyatımda qalmaqal olmasını istəmirəm”.

Əntiqə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью