Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Xocavənd Rayon Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir edən şəx
Bu barədə Oxu.Az-a V.Şərifovanın vəkili Elməddin Məhərrəmov deyib.
O bildirib ki, məhkəmənin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.
Qərara əsasən, A.Məmmədovaya elektron nəzarət qolbağı tətbiq edilib. O, hər gün 4 saat olmaqla 480 saat ictimai işlər görməyə məhkum edilib.
Xatırladaq ki, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında "TikTok" platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.
Samir Əli Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.