Vəfa Şərifovanın canlı ifası MÜZAKİRƏ DOĞURDU VİDEO

28.05.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Müğənni Vəfa Şərifovanın canlı ifası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, sənətçinin səhnə performansı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşılan görüntülərdən sonra sosial media istifadəçiləri ifa ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Bəzi izləyicilər Vəfa Şərifovanın canlı oxumasını tənqid edərək performansın istənilən səviyyədə olmadığını bildiriblər. Digərləri isə sənətçini müdafiə edərək onun ifasını bəyəndiklərini qeyd ediblər.

Qısa zamanda yayılan video çoxsaylı baxış və şərh toplayaraq müzakirə olunan paylaşımlardan birinə çevrilib.

Musa
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью