Icma.az bildirir, Kulis.az portalına istinadən.
Xalq şairi Rəsul Rzanın “Vəfa” pyesi əsasında Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası olub.
Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.
Rəsul Rzanın “Vəfa” pyesi inam, dostluq, sədaqət, dönüklük, ara qarışdırmaq kimi müsbət və mənfi keyfiyyətləri özündə əks etdirir. Pyesdə İkinci cahan savaşında göstərilmiş şücaət ümumxalq hünəri kimi təqdim edilir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif tərəfindən vurğulanır. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor səhnə əsərində müəllifin şeirlərindən, Krım cəbhəsində yazdığı məktublardan istifadə edib.
"Müşfiq Ötgün filosof deyil, daha çox üləmadır" - Rasim Qaraca Məşhur aktyor vəfat etdi İntihar edən oğul, repressiya məruz qalmış nəvə - Tarixin kulisi