Vəfa Yaqublu müəllimlərlə müzakirələr apardı

25.11.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bir sıra təhsil müəssisələrində olub.

Redaktor.az xəbər verir ki, direktor müavini Ağdam rayonunun Sarıcalı kənd tam orta ümumtəhsil məktəbi, həmçinin Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbini ziyarət edib.

Səfər çərçivəsində o, pedaqoji heyətlə görüşüb, dərs prosesini izləyib və tədrisin təşkili ilə maraqlanıb.

Bununla yanaşı, müəllimlərlə müzakirələr aparılıb, dərsdinləmələr həyata keçirilib. Həmçinin “Şagird intizam qaydaları”nın tətbiqi və təhsil müəssisələrində idarəetmə prosesləri yerindəcə qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью