Vəfalı çinli Si Cinpinin atası barədə hekayət | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çində səfərdədir.
Azərbaycanla Çin bir çox sahələrdə yüksək səviyyəli əməkdaşlıq edir.
Bu, Prezident İlham Əliyevin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə də vurğulanıb.
Bu görüşün nəticəsi olaraq Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.Hələ 2023-cü ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərkən, dialoqda maraqlı bir məqam diqqətimi çəkmişdi.
Həmin müsahibədə söhbət dostluqdan, etibardan və kişilikdən gedirdi.
Bu yazıda həm Azərbaycan Prezidenti İlham Əliyevin dostluq və mərdlik haqqındakı fikirləri, həm də Si Çinpinin Çin lideri kimi malik olduğu müsbət keyfiyyətləri diqqətə çatdırmaq fikrindəyəm.
Çin dövlətinin müxbiri ilə müsahibədən qısa seçmə: Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir.
Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır.
Tam oxu
Xəbəri oxu