Vəfat edən hərbçimiz dəfn olundu YENİLƏNİB

21.11.2024

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün vəfat edən hərbi qulluqçumuz Tağıyev Bəhri Fərman oğlu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində dəfn olunub.

Adalet.az xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

*** 21:40

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью