Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu

20.11.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Ordusunun bu gün vəfat edən hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu Kəngərli rayonunun Xok kəndində dəfn olunub.
Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, B.Tağıyev Kəngərli rayonunun Xok kəndində doğulmuşdu.
O, bu gün səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью