Vəfat edən meyxanaçının evindən ürəkdağlayan GÖRÜNTÜLƏR

03.12.2024

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vəfat edən meyxanaçı Xəyyam Əhmədlinin yaşadığı evdən görüntülər yayılıb.

Manset.az xəbər verir ki, bu barədə "Rəngarəng" verilişində kadrlar nümayiş olunub.

Xəyyamın evində lentə alınan görüntülər sözün əsl mənasında ürək dağlayıb. Kadrlarda onun anasının və qohumlarının dərin kədər hissi yaşadığı əks olunub.

Hazırda meyxanaçının yas mərasimi keçirilir. Mərasimdə onun ailə üzvləri yaxınları və tanınmış həmkarları iştirak edirlər.

Xatırladaq ki, Xəyyam uzun müddət idi ki xərçəng xəstəsi idi. Onun müalicəsi üçün lazım olan pul yığılsa da əməliyyat üçün ömrü çatmadı.

Meyxanaçı bu gün Əhmədli qəbirstanlığında torpağa tapşırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью