Vəfat edən Milli Qəhrəman kimdir?

15.11.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib.

“Yeni Sabah” onun tərcümeyi-halını təqdim edir:

Əliyev Ehtiram İsrayıl oğlu  1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkizinci sinfi bitirib və Bakı Maşınqayırma Texikumuna daxil olub. Bakıda online alış-veriş

1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997–1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olunub. Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb və Bakı şəhərində yaşayıb.

EhtiramƏliyev Naxçıvanda - Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazıb. Daha sonra onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərilib. 1994-cü il yanvarın 5-də döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bilir və bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur, müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərirlər.

Ailəlidir. Bir qızı, iki oğlu var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью