Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün 76 yaşında vəfat edən müğənni və aktyor İlhan Şeşenin yas mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, onunla vidalaşmağa gələnlər arasında ailə üzvləri və dostları yer alıb. Mərasim zamanı sənətçinin həyat yoldaşı Arzu Şeşen ondan danışıb..
Jurnalistlərə qısa açıqlama verən Arzu ifaçını ilə iki aya yaxındır ki, görmədiyini deyib:
"Son iki ayda heç görüşüb, danışmırdıq".
Xatırladaq ki, İlhan Şeşen son bir neçə il idi ki, ağciyər xərçəngi ilə mübarizə aparırdı. O ötən gün müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçi bu gün Karacaahmet qəbiristanlığında dəfn olunacaq.