Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəmkirdə 60 yaşlı qadın vəfat edən oğlunun həyat yoldaşını döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Əfayət Həsənovanın oğlu Şəhriyar 2024-cü ildə ürək çatışmazlığından qəfil vəfat edib. Onun ölümündən sonra qayınana ilə gəlin arasında mübahisələr başlayıb. Əfayət Həsənova oğluna məxsus avtomobili satmaq istəsə də, gəlini buna imkan verməyib. Şəhriyarın ölümündən sonra ona məxsus olan avtomobil həyat yoldaşının adına keçdiyi üçün gəlin avtomobilin satılmasına razılıq verməyib. Nəticədə Əfayət Həsənova qızını da köməyə çağıraraq, gəlini döyməyə başlayıblar.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Şəmkir Rayon Məhkəməsində cinayət işi araşdrılaraq qərar verilib. Məhkəmənin qərarı ilə Ə.Həsənovaya "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cinayət işinə xitam verilib.