Vəfat edən tanınmış müğənninin sirri üzə çıxdı

12.08.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli məşhur müğənni Canseverin böyük sirri üzə çıxıb.
Kulis.az xəbər verir ki, səsi ilə milyonların qəlbinə yol tapan sənətçinin Almaniyada yaşadığı ağır xəyanət hekayəsi ucbatından qəlbini eşqə və ailə həyatına əbədi olaraq bağladığı məlum olub.
İllər əvvəl Almaniyada yaşadığı dövrdə iki il ərzində həyatındakı insanı özünə sirdaş bilən Cansever, gözlənilmədən acı həqiqətlə üzləşib.
O, sığındığı və güvəndiyi insanın evli olduğunu öyrənib.
Sənətçi bu ağır xəyanətdən sonra qəlbinin qapılarını eşqə sonsuzadək bağlayıb və ömrünün qalan hissəsində tək yaşamağı üstün tutub.
Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan, müalicə aldığı xəstəxanada vəfat edən Cansevər ötən günlərdə Şimali Makedoniyada son mənzilə yola salınmışdı.

Avstraliyada kitabxanaya 150 il gecikmə ilə kitab qaytarıldı Yazıçılar İttifaqının binasında ov tüfəngi ilə atəş açaraq intihar edən yazıçı kim idi? Türkiyənin “Oskar” namizədi bəlli oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью