“Vəfatından 12 il ötür, buna baxmayaraq...” Məhəbbət Kazımovun oğlu

27.01.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün mərhum Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. Sənətçinin vəfatından 12 il ötür.

Ölkə.Az xəbər verir ki, M.Kazımovun oğlu Rəşid Kazımov “Yeni Sabah”a açıqlamasında atası ilə bağlı xatirələrini bölüşüb.

Onun sözlərinə görə, atasının vaxtı ilə ifa etdiyi bütün kadrların evlərində olduğunu deyib:

“Məhəbbət Kazımovun dövlət tədbirlərində və konsertlərdə çıxış etdiyi kadrların çoxu “Qızıl fond”da saxlanılır. Onunla yanaşı bizim özümüzdə də saysız-hesabsız kadrlar var. Köhnə və son dövrlərə aid olan çəkilişlərin hamısı evdədir, heç internetə də yerləşdirməmişik. Atamla bağlı kadrları özümüz və övladlarımız üçün qoruyub saxlayırıq”.

R.Kazımov bildirib ki, atasının bütün dostları hər zaman onu yad edir:

“Atamın vəfatından 12 il ötür. Buna baxmayaraq bütün dost-tanışları bizimlə əlaqə saxlayır və onun xatirəsini anırlar. Səhər saat 10-dan bəri telefonlar susmur. Bu da atamın nömrəsidir. İnsanlar zəng edərək onu yada salırlar. Dost tanışdan əlavə sənət dostları ilə də danışırıq. Tək bu gün deyil, tez-tez atamı xatırlayırlar. Elə dostları da var ki, anım günlərində qəbiri üstünə bizdən öncə gedirlər. Mən bir azdan atamı ziyarətə gedəcəm. Adətən gedəndə yaxın dostlarını orada görürəm. Ad çəkmək istəmirəm, amma bildirim ki, vaxtı ilə özünə yaxın bildiyi hər kəs onu yada salır. Elə bizi də”.

Qeyd edək ki, “Laçınım”, “Ay ilk məhəbbətim”, “Meşəbəyi” və s. mahnıları və muğamları ilə sevilən M.Kazımov 2014-cü il yanvarın 27-də 60 yaşında vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью