Vegaterianlarda bu xəstəliklər çox az rast gəlinir

15.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Vegaterian insanlar ət yemədikləri üçün onlarda ürək-qan-damar xəstəlikləri çox az rast gəlinir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, amma insanlar üçün vacib olan B12 vitamini ət kimi məhsullardan əldə olunduğu üçün, belə qidalanma məsləhət görülmür:

"Bu tip qidalanma bir seçimdir. Amma insanlara tövsiyə etmirik. Əgər belə qidalanacaqlarsa da, mütləq həkim nəzarətində olmalıdır".

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью