Vəhdət Partiyası 150 şəhidin şəkli ilə yürüşə çıxdı FOTOLAR | Icma.az
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə böyük bir hüzn günü deyil, həm də milli qəhrəmanlığın və sarsılmaz iradənin simvolu kimi əbədi yer alıb.
Məhz bu tarix münasibətilə Vəhdət Partiyası ənənəvi tədbirlərdən fərqli, cəmiyyətin diqqətini cəlb edən qeyri-adi, dərin rəmzi məna daşıyan bir yürüş təşkil edib.Demokrat.az xəbər verir ki, bu barədə Vəhdət Partiyasından məlumat verilib.Partiyanın rəhbər şəxsləri və üzvləri Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru yürüş edərək 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.
Yürüşün əsas özəlliyi isə iştirakçıların əllərində 20 Yanvar gecəsində şəhid olmuş 150 nəfərin fotolarını əks etdirən plakatlar daşıması olub.
Bu səssiz, lakin mənalı yürüşlə partiya nümayəndələri faciənin miqyasını bir daha canlı şəkildə ictimaiyyətə çatdırıblar.Partiyanın sədri Adəm İsmayıl Bakuvinin rəhbərliyi ilə keçirilən yürüşdə 200-ə yaxın partiya üzvü iştirak edib.
Onlar insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş mülki vətəndaşlarımızın fotolarını daşıyaraq, xalqın birliyini və şəhidlərimizə sədaqətini nümayiş etdiriblər.
Ümumxalq Hüzn Günündə Vəhdət Partiyasının təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar önünə gül və qərənfil dəstələri düzüblər.
Onlar Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər."36 il əvvəl Azərbaycanın qəhrəman övladları doğma Vətənin azadlığını, xalqın şərəf və ləyaqətini hər şeydən uca tutaraq qanlı Yanvar gecəsində şəhidlik zirvəsinə yüksəldilər.
Tam oxu
Xəbəri oxu