Vəhşi qəbiləyə “Coca Cola” aparan amerikalı həbs olundu FOTOlar | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat yayır. Hindistan hakimiyyəti qadağan olunmuş adada təcrid olunmuş qəbilə ilə əlaqə saxlamağa c
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" yazıb.
Polisin məlumatına görə, ABŞ vətəndaşı 24 yaşlı Mixail Polyakov martın 26-da Andaman və Nikobar adalarının paytaxtı Port Bleyrə səfər edib.
Üç gün sonra o, qayıqla dünyanın ən təcrid olunmuş qəbiləsinin yaşadığı ucqar Şimali Sentinel adasına gedib.
Polyakov fit və jestlərlə sentinellərin diqqətini cəlb etməyə çalışsa da, heç bir cavab almayıb.
Sonra sahilə çıxaraq video çəkib və hədiyyələrini - bir qutu "Coca-Cola" və kokos qoyub.
Polyakov materikə qayıtdıqdan sonra yerli balıqçılar tərəfindən fərqinə varılıb və səlahiyyətlilərə məlumat verilib.
Turist qapalı qəbilə rezervasiyasına müdaxilə etdiyinə və yerli qanunları pozduğuna görə dərhal saxlanılıb.
Tam oxu
Xəbəri oxu