Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dünyanın ən nüfuzlu təbiət fotoqrafiyası müsabiqələrindən biri olan “Wildlife Photographer of the Year”ın 2026-cı il üzrə qaliblərinin adları oktyabrın 13-də elan olunacaq.
London Təbiət Tarixi Muzeyinin təşkil etdiyi müsabiqə bu il rekord sayda — 121 ölkə və ərazidən təqdim edilmiş 65 403 foto ilə yadda qalıb. Münsiflər heyəti görüntüləri yaradıcılıq, orijinallıq, texniki keyfiyyət və təbiətə dair çatdırdıqları hekayələr əsasında qiymətləndirib.
Müsabiqənin builki seçiminə Arktikada suiti ovlayan dəlikdən aşağı baxan ağ ayının görüntüsü, kərgədanın üzərindəki parazitlərlə qidalanan quşu əks etdirən foto və Botsvanada ağacın üzərinə dırmaşan dələni təqib edən bəbirin təsviri daxildir. Bu kadrlar heyvanların davranışlarını, onların təbii mühitlə əlaqəsini və vəhşi təbiətdəki nadir anları nümayiş etdirir.
Müsabiqənin əsas mükafatı və yaş kateqoriyaları üzrə qaliblərin müəyyənləşdirilməsi təbiətin qorunmasına diqqət çəkmək baxımından da əhəmiyyətlidir.
Seçilmiş 100 foto oktyabrın 16-dan etibarən London Təbiət Tarixi Muzeyində nümayiş etdiriləcək sərgidə təqdim olunacaq. Ekspozisiyanın 2027-ci il iyulun 11-dək davam etməsi, daha sonra isə Böyük Britaniyada və digər ölkələrdə nümayiş etdirilməsi planlaşdırılır.
Hazırladı:
S.Rzayeva
XQ