“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində! | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Fevralın 4-ü Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie and Marc Schattner) sərgisi açılacaq.
“Qafqazinfo” xəbər verir ki, vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark incəsənəti təbiətin mühafizəsində mühüm bir platformaya çeviriblər.
Bakıdakı “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) sərgisi də vəhşi təbiətin üzləşdiyi çətinlikləri bir daha gündəmə gətirərək cəsarət və ümid dolu baxış təqdim edəcək.
Sərgidə nümayiş olunacaq rəngkarlıq əsərləri, kiçik və iri ölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə çağırır.
Bununla da incəsənət vasitəsilə dünyaya önəmli bir çağırış ötürüləcək: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.
Cili və Mark Şatner cütlüyü təsadüfi görüş nəticəsində 1990-cı ildə Honq Konqda bir filmin çəkiliş meydançasında tanış olublar.
O dövrdə model olan Cilli və kreativ direktor kimi çalışan Mark yeddi gün sonra ailə həyatı qurublar.
Tam oxu
Xəbəri oxu