Vəkil Bəhruz Bayramovun evi qarət edildi FOTOLAR | Icma.az
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır. Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.
"Unikal" xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:”Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar.
Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.
Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:”İki saata yaxın araşdırma apardılar.
Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu