Vəkil gileyləndi: Məhkəmələr süni intellektlə yazılmış ərizələrlə dolub

03.02.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vəkil Babək Məmmədov vətəndaşların süni intellekt vasitəsilə ərizə yazmasından narazılıq edib.

Gununsesi.info xəbər verir ki, o, bununla bağlı fikirlərini sosial şəbəkə hesabında paylaşıb:

“Məhkəmələr süni intellekt tərəfindən hazırlanmış iddia ərizələri, etirazlar, apellyasiya və kassasiya şikayətləri ilə doludur.

Bu ərizələr oxunuş baxımından gözəl cümlələrlə tərtib olunsa da, çox vaxt mövcud olmayan hüquq normalarına və plenum qərarlarına istinad edilir”.

Vəkil qeyd edib ki, ərizə verən şəxsin arzuları ilə məhkəmədən istəkləri üst-üstə düşmür, nəticədə tələblər hüquqi baxımdan aydın olmur:

“Süni intellektin hazırladığı ərizələrin ciddi vəkil redaktəsinə ehtiyacı var. Amma hələ ki… Zamanla süni intellekt ən təcrübəli vəkil səviyyəsində hüquqi təhlil apararaq ərizələr hazırlayacaq.

Mülki və inzibati icraatlarda yazılı formada da keçirilə bilən iclaslara getməyə ehtiyac qalmayacaq və bir müddət sonra vəkillik xidmətini vətəndaşlara yazılı formatda süni intellekt göstərəcək.

Vəkilliyin ənənəvi iş üslubu qısa zamanda yeni bir mərhələyə keçəcək”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью