Vəkil: İnsanın nikahının pozulması onun əxlaqının pozulması demək deyil

28.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Baku TV-nin "Baku Aktual" verilişində boşanmış şəxslərin sertifikat alaraq ailə məsələləri üzrə mediator kimi çıxış etməsinin düzgün olmaması ilə bağlı Milli Məclisdə səsləndirilən fikirlər müzakirə edilib.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bütün fəaliyyət növlərində şəxsi keyfiyyət, əxlaqi göstəricilər mühüm rol oynayır.

"Şəxsi keyfiyyətlərin yaxşı olmaması insanın peşəkar fəaliyyətinə təsir edir", - deyə o əlavə edib.

Vəkil Sima Yaqubova isə deputatın fikrinə "İnsanın nikahının pozulması onun əxlaqının pozulması demək deyil", - deyə cavab verib.

Ətraflı süjetdə:

Vəkil: "İnsanın nikahının pozulması onun əxlaqının pozulması demək deyil"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью