Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ

14.09.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu barədə Ölkə.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nin rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью