Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı

19.11.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, Kəngərli polis tərəfindən tutulub.

İlkin məlumat ondan ibarətdir ki, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı  gözlənilir.

Qeyd edək ki, bugünlərdə başqa iki vəkil də həbs edilib. Onlar dələduzluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью