Vəkil qəzaya düşdü Xəsarət alanlar var

08.09.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.

Lənkəran rayon sakini 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

Faktla bağlı araşdırma aparılır.(Mənbə:APA)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью