Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Xətai rayonu, Gəncə prospekti, 58b ünvanındakı mənzil kompleksini qanunsuz idarə edən “Xətai Park Servis” MMC haqqında bir neçə dəfə yazmışam.
Prezident Administrasiyasının adından sui-istifadə edən bu MMC iddia edir ki, guya karantin zamanı (1 may 2020-ci ildə) ümumi yığıncaq keçirib və sakinlər idarəetməni onu həvalə ediblər.
Sakinlər aralarından birinə- Səday Sərkərova MMC-yə qarşı iddia qaldıraraq onun binadan qovulmasına nail olmağı həvalə ediblər.
Sərkərovu Xətai məhkəməsində mən təmsil edirəm. Məhkəmənin iki iclası olub və MMC-nin qanunsuz fəaliyyəti artıq göz önündədir, qətnamənin əl
Buna görə də MMC-nin nümayəndəsi iclaslarda bir neçə dəfə Sərkərovu açıq hədələmişdi də.
Bir az əvvəl isə Xətai rayonu 36 saylı polis bölməsi Səday Sərkərovu saxlayıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.