Vəkildən Xanlar Vəliyevin yeni təyinatına reaksiya: Ora pensionerlər klubu”na çevrilir”

10.04.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

"Sabiq hərbi prokuror Xanlar Vəliyev də keçmiş ədliyyə naziri kimi Konstitusiya Məhkəməsinə hakim təyin olunacaq. 2023-cü ilin iyul ayından səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılmış Konstitusiya Məhkəməsi “pensionerlər klubu”na çevrilir".

Mia.az-ın xəbərinə görə, bu sözləri vəkil Əkrəm Həsənov deyib.

O bildirib ki, bunun üçün xüsusi olaraq bu məhkəmə hakimlərinin yuxarı yaş həddi də qanuna düzəliş edilərək bu günlərdə 70-dən 75-ə çatdırılıb: "Yaxşı olardı ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu da tezliklə bu “klub”a göndərsinlər. Son zamanlar Bakı Apellyasiya Məhkəməsi kiçik işlərdə də (iri işlərdə bu, bütün məhkəmələrdə adi haldır) elə qanunsuz qərarlar qəbul edir ki (necə deyərlər, “daşdan çörək çıxarır”), onun yeri elə xırda-xuruş yeri olan həmin “klub”dur...”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью