Vəkillər cəzaçəkmə müəssisələrində hüquqi yardım göstəriblər FOTOLAR

04.03.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq cari il ərzində də cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında müxtəlif vəkil bürolarını təmsil edən vəkillər tərəfindən məhkum və həbs edilmiş şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi davam etdirilir.

Bu barədə Gununsesi.info-ya Vəkillər Kollegiyasından məlumat verilib.

Keçirilmiş növbəti görüşlər zamanı 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində 103 məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью