Vəkillər Kollegiyası “Açıq qapı” günü təşkil edib

13.11.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr-Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən respublika üzrə növbəti dəfə pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı” günü keçirilib.

Bu barədə AZƏRTAC-a kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində “Pro Bono”, Bakı şəhəri 5, 7, 10 və 38 saylı, həmçinin Gəncə və Şəki Regional Vəkil bürolarının vəkilləri vətəndaşlara pulsuz hüquqi yardımlar göstərib, hüquqi məsləhətlər veriblər.

Müraciətlər əsasən cinayət, inzibati və mülki işlər, mülkiyyət hüquqlarının müdafiəsi, pensiya təminatı, kredit və mənzil mübahisələri, habelə sosial xarakterli digər məsələlərlə bağlı olub.

Vəkillər hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstərərək hüquqi məsləhətlər verib, ərizə və digər sənədlərin hazırlanmasına kömək göstəriblər.

Aksiya çərçivəsində ümumilikdə 60 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью