Vəkillər Kollegiyası yeni binaya nə vaxt köçəcək? | Icma.az
Icma.az bildirir, Teleqraf.com portalına istinadən. “Bizim üçün önəmli olan vəkilliyin maddi texniki bazasının gücləndirilməsidir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son illər ərzində regional məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə - Sumqayıt, Şəki, Şirvanda müasir vəkillik kompleksləri istifadəyə verilib: “Ancaq bəzi problemlər də var.
Məsələn, Qərb bölgəsində müasir vəkil bürolarının sayı çox azdır.
Gəncə Şəhər Prokurorluğunun keçmiş binası artıq bizim balansımıza verilib və orada əsaslı təmir işləri aparılır.
Bina yaxın vaxtlarda istifadəyə veriləcək. Bununla da Qərb bölgəsində çox müasir, bütün tələblərə cavab verən regional mərkəzimiz olacaq”.
A.Bağırov ikinci böyük problem kimi Vəkillər Kollegiyasının mərkəzi ofisinin olmamasını göstərib: “Kollegiyanın Rəyasət Heyəti icarəyə götürdüyümüz binada yerləşir.
Hüquq təsisatları arasında ən çox hüquqşünasın birləşdiyi təşkilat məhz Vəkillər Kollegiyasıdır.
Tam oxu
Xəbəri oxu