Vəkillər Kollegiyasından maddi və mənəvi zərər tələb edilir

10.12.2024

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vəkil Kamran Tağıyev Vəkillər Kollegiyasının Rəyasət Heyətini məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, Kamran Tağıyev qurumdan maddi və mənəvi zərərin ödənilməsini tələb edir. 

Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Nail Abbasov iş üzrə hakim təyin edilib. Tərəflər arasındakı mübahisənin detalları bəlli deyil. 

Kamran Tağıyev də bu barədə danışmaq istəıməyib. "Məhkəmə araşdırması gedir, bu baxımdan təfərrüatları açıqlaya bilmərəm. Məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər", deyə vəkil bildirib. 

Kamran Tağıyev 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizəd olub. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью