Vəkillər məhkumlara hüquqi yardım göstəriblər

06.07.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 iyul, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, azadlıqdan məhrum edilmiş və həbs OLUNMUŞ şəxslər üçün növbəti dəfə pulsuz hüquqi yardım və maarifləndirmə həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Medleks” Vəkil Bürosunun vəkilləri tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsi və Müalicə müəssisəsində ümumilikdə 30 nəfərə yaxın məhkumun müraciəti dinlənilib və onlara müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью