Vəkillər penitensiar müəssisələrdə məhkumlara hüquqi yardım göstəriblər

16.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 may, AZƏRTAC

"Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunması istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə aksiyalar həyata keçirilir.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 15-də təşkil olunan aksiya çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstərilməsi məqsədilə vəkillər müxtəlif cəzaçəkmə müəssisələrində olublar.

“Presedent” Vəkil Bürosunun vəkilləri Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri isə 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən şəxslərlə görüşlər keçirib, onlara fərdi qaydada pulsuz hüquqi yardım göstəriblər.

Görüşlər zamanı 50-yə yaxın məhkuma hüquq və azadlıqlarına dair müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью