Vəkillər üçün təlim təşkil edilib

24.02.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Kollegiyanın mətbuat xidmətindən bildirilib ki, təlimdə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev mövzunun aktuallığı ilə bağlı xüsusi məqamlara toxunub.
Təlimin birinci hissəsində Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəaları, vəkil etikası, peşə vəzifələri, vəkil-müştəri münasibətləri və digər müxtəlif məsələlər ilə bağlı geniş müzakirələr aparıb.
Təlimin ikinci hissəsində isə Vəkillər Kollegiyasının və Deontologiya Komitəsinin üzvü Vüsal Cəfərov vəkillər arasındakı etik normalar, vəkillər arasında əməkdaşlıq, xarici ölkələrin təcrübəsində vəkil etikası və digər əlaqəli mövzular barədə ətraflı çıxış edib.
Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 55 vəkil iştirak edib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью